“ALLİN.US” MMC-nin Direktorunun
30.06.2021-ci il tarixli _____ №-li
Əmri ilə təsdiq edilmişdir
Şərtlər və Qaydalar
Son redaksiya “15” may 2022-ci il
Bu Şərtlər və Qaydalar https://allinus.az saytının İstifadəçiləri tərəfindən istifadə şərtlərini müəyyən edir. “ALLİN.US” MMC-nin Xidmətlərindən istifadə edərək, siz, İstifadəçilər üçün bu “Şərtlər və Qaydalar” və ona əlavə edilmiş dəyişikliklər, habelə https://allinus.az/privacy-policy ünvanında yerləşdirilmiş və ayrılmaz tərkib hissəsi sayılan Məxfilik Siyasəti ilə razılaşmış olursunuz, həmçinin təsdiq edirsiz ki, hazırkı Razılaşmanın bütün bəndləri ilə tanış edilmisiz və onları sözsüz və tam həcmdə qəbul edirsiniz.
Əgər bu Şərtlər və Qaydalarının şərtləri ilə razı deyilsinizsə, AllinUs-ın Xidmətindən istifadə etməməyinizi xahiş edirik.
1. Əsas termin və anlayışlar
- Aşağıda göstərilən termin və anlayışlar bu Şərtlər və Qaydalarının məqsədləri üçün aşağıdakı mənaları ifadə edir:
-
- “ALLİN.US” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra “AllinUs” və ya “Administrasiya”) - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və onun qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən hüquqi şəxsdir, Servisin inzibatçılığını həyata keçirir və ona Servis üçün mülkiyyətin bütün müstəsna hüquqları aiddir.
“AllinUs”-nın əlaqə məlumatları:
Ticarət adı: “AllinUs"
VÖEN: 1307195891
Ünvan: Azərbaycan Respublikası, AZ1065, Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44, mənzil X
Tel.: +994 55 224 07 72 | e-mail: [email protected] | https://allinus.az
-
- İstifadəçi (və ya Siz) – Qaydaların şərtlərini qəbul etmiş və AllinUs-nın xidmətlərindən istifadə edən tam fəaliyyət qabiliyyətinə malik olan istənilən fiziki və ya hüquqi şəxsdir. İstifadəçi veb sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxs) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) Ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.
- Şirkət - AllinUs Business vasitəsilə mal və ya xidmətlərə dair ictimai (İstifadəçilərin) fikir, arzu, istək, rəy və digər məlumatları öyrənən fiziki və ya hüquqi şəxs. Şirkətin kimliyi, məhsulları və xidmətləri haqqında məlumat qarşılıqlı Tərəflərin razılığı əsasında veb saytda verilə bilər.
- Tərəflər (və ya Tərəf) – bir yerdə və ya ayrılıqda AllinUs və İstifadəçi/Şirkət nəzərdə tutulur.
- Veb sayt (və ya Sayt) – İnternet şəbəkəsində https://allinus.az domen ünvanında yerləşdirilmiş İnternet-resursu (veb sayt), müxtəlif əməliyyat sistemləri əsasında sayta əlavələr və başqa xidmətlər, həmçinin proqram təminatıdır, saytın, əlavələrin və başqa xidmətlərin dizaynı (qrafiki tərtibatı), məlumat bazası, xidmətlərin istənilən bölməsi (yarımbölmələri), həmçinin xidmətlərdə Administrasiya, Şirkət və İstifadəçilər tərəfindən yerləşdirilmiş informasiyadır. Veb sayt AllinUs-ın mülkiyyətidir.
- Veb sayt rəhbərliyi – AllinUs-ın adından çıxış edərək Saytın idarə olunması üçün səlahiyyətli şəxslərdir.
- İnformasiya – veb saytda Şirkət, İstifadəçi və ya Administrasiya tərəfindən yerləşdirilmiş istənilən məlumat və ya məlumatlar məcmusudur.
- Xidmət (və ya Servis) – İstifadəçinin AllinUs-dan əldə etdiyi xidmətlər, o cümlədən hər hansı mal və ya iş.
- ALLINUS User – AllinUs tərəfindən təqdim olunan, veb saytın ayrılmaz tərkib hissəsi sayılan, İstifadəçilər üçün nəzərdə tutulan veb Servis.
- ALLINUS Business – AllinUs tərəfindən təqdim olunan, veb saytın ayrılmaz tərkib hissəsi sayılan, Şirkətlər üçün nəzərdə tutulan veb Servis.
- Tərəfdaş (və ya Partnyor) – AllinUs ilə əməkdaşlıq edən fiziki və ya hüquqi (kommersiya və ya qeyri-kommersiya şirkətlər, holdinqlər və s.) şəxslər, dövlət qurumları, beynəlxalq təşkilatları və s. Tərəfdaşların kimliyi, məhsulları və xidmətləri haqqında məlumat onların veb-saytı vasitəsilə verilə bilər.
- Məxfilik Siyasəti – AllinUs tərəfindən işlənib hazırlanmış İstifadəçilərin şəxsi məlumatları ilə iş prinsipləri. AllinUs-ın veb-saytında yerləşdirilir.
-
- Şəxsi kabinet – İstifadəçi/Şirkət mühitinin onun tərəfindən müəyyən edilmiş (yerləşdirilmiş) məlumatlar məcmusudur. Hər bir İstifadəçinin/Şirkətin yalnız bir Şəxsi kabinetə malik olmaq hüququ var.
- Verifikasiya – müəyyən telefon nömrəsinin konkret fiziki və ya hüquqi şəxsə məxsus olduğunu müəyyən etməyə imkan verən prosedurdur. Bu prosedur nəticəsində İstifadəçiyə Unikal identifikator (UİD) verilir və verifikasiya edilmiş telefon nömrəsinə bağlı olan Şəxsi kabinetə keçid təqdim edilir.
- Unikal identifikator (və ya UİD) – veb saytda yaradılmış, Şəxsi kabinet çərçivəsində hər bir UİD üzrə İstifadəçinin həyata keçirdiyi hərəkətlərin uçotunu aparmağa imkan verən simvollu və ya qrafik ardıcllıqdır.
- Loyallıq Proqramı (və ya Proqram) – AllinUs-ın Şirkətə münasibətdə loyallığının formalaşdırılmasına və artırılmasına, habelə İstifadəçilərin aktivliyini artırmağa yönəlmiş Coin-ların hesablanması (toplanması) və istifadəsi sistemi üzərində qurulmuş loyallıq əməkdaşlıq proqramı.
- Bonus Coin (və ya Coin) – Proqramın Qaydalarına uyğun olaraq hesablama mexanizmini həyata keçirməyə imkan verən şərti vahid. Coin-lar yalnız uçot məqsədləri üçün istifadə edilir və gəlir növü, ödəniş vasitəsi, qiymətli kağız hesab edilmir və hesab edilə bilməz, eləcə də, vərəsəlik qaydasında ötürülə bilməz.
- İstifadəçinin Bonus hesabı (və ya Bonus hesabı) – Veb saytda AllinUs-ın xidmətləri çərçivəsində toplanmış və istifadə edilmiş Coin-lara dair məlumatın sistemləşdirilməsi üçün AllinUs tərəfindən istifadə edilən texniki hesab. Bonus hesabı bank hesabı deyildir.
- Bonus Coin-ların hesablanması – Şirkətdən daxil olan sifarişlərə əsasən təşkil olunan sorğularda iştirak etməsinə görə və/və yaxud Şirkətin maraqlarına xidmət edən digər hərəkətlərə görə İstifadəçi üçün həvəsləndirmə qismində Proqram üzrə İstifadəçinin bonus hesabına əlavə edilmiş Coin-ların hesablanması.
- Bonus Coin-ların istifadəsi – veb saytın qaydalarına əsasən İstifadəçinin Bonus hesabından Bonus Coin-ların silinməsi.
- Bonus Coin-ların ləğvi - əvvəl Bonus hesabına hesablanmış Coin-ların silinməsi proseduru.
- Bonus Coin-ların bərpası – silinmiş yaxud ləğv edilmiş Bonus Coin-ların bərpa edilməsi ilə bağlı prosedur.
- Bonus hesabının bloklanması – Bonus Coin-ların istifadəsinə və/və ya hesablanmasına məhdudiyyət qoyan, İstifadəçini sonrakı sorğuları üzrə Coin-ları almaq və istifadə etmək hüququndan məhrum edən (məhdudiyyətlərin səbəbləri aradan qalxanadək) prosedur.
- Qanunsuz hərəkətlər – veb saytın məqsədlərinə zidd şəkildə bu Şərtlər və Qaydalarını pozaraq əsassız fayda əldə etməyə yönəlmiş İstifadəçinin vicdansız hərəkətləri, o cümlədən (lakin bunlarla məhdudlaşmayaraq) sorğularda iştirak zamanı İştirakçının düzgün olmayan informasiyanı (məlumatı) təqdim etməsi, habelə birbaşa olaraq Şərtlər və Qaydalarda qeyd edilmiş və ya qeyd edilməmiş digər vicdansız hərəkətlər.
- Maliyyə tərəfdaşı – “Payriff” QSC (VÖEN: 1505351641, Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, AZ1052, Nərimanov rayonu, Akademik Həsən Əliyev, ev 139c).
- Bu Şərtlər və Qaydalarda istifadə olunan və "Əsas termin və anlayışlar" maddəsində əksini tapmayan istənilən terminlər və anlayışlar, bu Şərtlər və Qaydalarının mətninə uyğun olaraq izah ediləcəkdir. Bu Şərtlər və Qaydalarda istifadə edilən anlayış və terminin izah edilməsi barədə istənilən fikir ayrılıqlarının yaranması halında, Administrasiya tərəfindən müəyyən edilmiş izah etmə tətbiq ediləcəkdir.
2. Ümumi müddəalar
- Bu Şərtlər və Qaydalar veb saytının AllinUs və İstifadəçisi (və ya Şirkət) arasındakı münasibətləri tənzimləyir.
- İstifadəçi qəbul edir ki, veb saytda bütün materialları və xidmətləri və ya onların istənilən hissəsi reklamla müşayiət oluna bilər. İstifadəçi reklam xarakterli ismarıcların alınmasından imtina etmək hüququndadır.
- İstifadəçinin və ya Şirkətin Servisindən istifadə etməsi zamanı İstifadəçinin şəxsi məlumatları Məxfilik Siyasətində müəyyən edilmiş şərtlərə və məqsədlər üçün, habelə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işlənməsi (toplaması, saxlaması, istifadəsi və s.) üçün AllinUs-a ötürülür.
- İstifadəçi razılıq verir ki, qeydiyyat zamanı təqdim etdiyi məlumatlar, habelə AllinUs-ın serverinə daxil olan bütün digər məlumatlar, əməliyyatlar, tranzaksiyalar, şəxsi məlumatlar daxil olmaqla, AllinUs tərəfindən analitik və statistik məqsədlər üçün istifadə oluna və üçüncü şəxslərə ötürülə bilər.
- Veb saytdan istifadə etməklə İstifadəçi, səhv, natamam, gecikmiş, yanlış, qanunsuz, təhqiramiz və ya başqa bir şəkildə zərərli ola biləcək məzmun və ya məlumatlarla qarşılaşa bilər. AllinUs ümumilikdə Tərəfdaşlar tərəfindən təqdim edilmiş məlumatları nəzərdən keçirmir.
- Xidmətlərdən istifadə edərək İstifadəçi qanunvericiliyin tələbləri və əxlaqın hamı tərəfindən qəbul edilmiş normaları ilə ziddiyyət təşkil etməməlidir.
- İstifadəçi tərəfindən başqa şəxslərin hüquqlarının və ya qüvvədə olan qanunvericiliyin pozulması və digər hallarda, Administrasiya İstifadəçinin girişini məhdudlaşdırmaq və ya dayandırmaq hüququna malikdir. Administrasiya öz şəxsi mülahizəsi üzrə İstifadəçinin hazırkı Razılaşmanın şərtlərini pozan xidmətlərinə girişi dayandırmaq hüququna malikdir.
- İstifadəçi tərəfindən beynəlxalq hüququn və qüvvədə olan qanunvericiliyin normalarının pozulmasına səbəb olacaq hərəkətlərin həyata keçirilməsi qadağandır.
3. Veb saytda qeydiyyat və istifadə qaydası
- Veb saytdan istifadə yalnız 14 və yuxarı yaşda olan fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulur.
- Veb sayt iki dildə - Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir. Veb sayt İstifadəçilərə real vaxt rejimində Şirkətlər tərəfindən yaradılan sorğulardan keçmək imkanı yaradır.
- Veb saytından istifadə və ya qeydiyyat könüllü xarakter daşıyır. Qeydiyyatdan keçmiş İstifadəçi veb saytın bütün funksionalından istifadə etmək hüququna malik olur.
- Qeydiyyat zamanı İstifadəçi/Şirkət tam və dəqiq məlumat verməli, həmçinin Şəxsi kabinetində barəsində olan məlumatların aktuallığına nəzarət etməlidir. Administrasiya qeydiyyat zamanı İstifadəçi/Şirkət qeyd etdiyi məlumatların doğruluğunu təsdiq edən sənədləri tələb etmə hüququna malikdir. Administrasiya İstifadəçinin və Şirkətlərin sorğulara cavabların, o cümlədən qeydiyyat zamanı təqdim olunmuş məlumatların doğruluğunun süni intellekt (Sİ) və ya texniki üsullarla yoxlamaq hüququnu özündə saxlayır.
- Veb saytda qeydiyyatdan keçmək üçün İstifadəçi aşağıdakı prosedurundan keçir:
- Ad, soyad, ata adı, e-poçt, kateqoriya, parol və digər məlumatları daxil edir;
- Robot olmamasını müvafiq şəkildə təsdiq edir;
- Veb saytın Şərtlər və Qaydalarının şərtləri ilə razılığını müvafiq şəkildə təsdiq edir.
- Veb saytda Şirkət qismində qeydiyyatdan keçəndə aşağıdakı prosedurundan keçir:
- Şirkətin adı, VÖEN-i, ünvanı, e-poçt, fəaliyyət sahəsi (kateqoriya), parol və digər məlumatları daxil edir;
- Robot olmamasını müvafiq şəkildə təsdiq edir;
- Veb saytın Şərtlər və Qaydalarının şərtləri ilə razılığını müvafiq şəkildə təsdiq edir.
- Bundan sonra İstifadəçiyə/Şirkətə e-poçt vasitəsilə müvafiq verifikasiya linki göndərilir, həmin linkdən keçməklə İstifadəçi/Şirkət verifikasiyası uğurla tamamlanmış hesab olunur və veb saytın xidmətindən tam istifadə etmək üçün Şəxsi kabinetinə giriş əldə edir.
- İstifadəçi/Şirkət öz loqin və parolundan istifadə etməklə Şəxsi kabinetinə daxil olur və veb saytın xidmətlərindən istifadə edilməsi məqsədilə Şəxsi kabinetində müvafiq kateqoriyanı seçir.
- Veb saytda qeydiyyatdan uğurla keçmiş İstifadəçi/Şirkət öz loqin və parolundan istifadə edərək Mobil Tətbiqindən də istifadə edə bilər.
- İstifadəçi/Şirkət loqin və parolunu, telefon nömrəsini, e-poçtunu və fərdi kodlarını gizli saxlamağı, üçüncü şəxslərə bildirməməyi öhdəsinə götürür. İstifadəçidə/Şirkətdə qeyd olunan məlumatların təhlükəsizliyi, onların üçüncü şəxslər tərəfindən qeyri-qanuni istifadə edilməsi ilə bağlı şübhələr yarandığı halda, İstifadəçi/Şirkət dərhal bu barədə Administrasiyanı məlumatlandırmağı öhdəsinə götürür.
- Bonus hesabınıdan istifadə etmək üçün, İstifadəçi/Şirkət, etibarlı yerli maliyyə müəssisələri (banklar) tərəfindən buraxılmış kartı və ya digər ödəniş vasitəsi məlumatlarını Maliyyə Tərəfdaşına təqdim etməlidir. Administrasiya İstifadəçinin ödəniş vasitələrinin məlumatlarını yaddaşda saxlamır, çünki bu, Administrasiya tərəfindən istifadə edilən üçüncü tərəf olan Maliyyə Tərəfdaşı tərəfindən yerinə yetirilir.
- Administrasiya müəyyən üstünlükləri özündə ehtiva edən pullu xidmətləri İstifadəçiyə/Şirkətə təqdim edə bilər. Pullu xidmətlər barədə ətraflı məlumat veb saytın müvafiq bölməsində əks olunur. Həmin xidmətlərə görə ödənilən məbləğ Administrasiya tərəfindən bu Qaydalarda göstərilən hallarda və qaydada geri qaytarıla bilər.
- Pullu xidmətlərdən istifadə edilməsi İstifadəçiyə/Şirkətə zəmanət vermir ki, hazırkı Şərtlər və Qaydalarının pozulması zamanı Administrasiya tərəfindən bloklanmayacaqdır. Sorğuların yerləşdirilməsi və cavablandırılması qaydalarının pozulması halında xidmətlərə görə ödənilmiş pul vəsaiti geri qaytarılmır.
- İstifadəçi və Şirkət aşağıda göstərilənləri etməkdən çəkinməyi öz öhdəsinə götürür:
- veb saytın normal fəaliyyətinə mane olmaq, o cümlədən spam və ya virusların yayılması;
- başqa bir şəxsin Şəxsi kabinetindən istifadə etmək və/və ya veb sayt vasitəsilə digər istifadəçinin şəxsi ödəmə məlumatlarına daxil olmaq və ya digər şəxsin razılığı olmadan Şəxsi kabinetindən istifadə edərkən başqa bir şəxsin şəxsi ödəmə kartlarından istifadə etmək;
- AllinUs-a məxsus olan və ya AllinUs tərəfindən lisenziya əsasında istifadə edilən müəlliflik hüquqlarından, patentlərdən, məlumat bazalarından, proqramlaşdırma kodlarından və digər əqli mülkiyyət hüququ predmetlərini qeyri-qanuni şəkildə istifadə etmək surətini çıxarmaq, dəyişdirmək, törəməsini yaratmaq və s.;
- AllinUs-ın və ya əlaqəli bir texnologiya və ya onun hər hansı bir hissəsi üçün tərs layihələndirmək, mənbə kodunu götürmək və ayırmaq, əks şifrləmə etmək və ya mənbə kodunu əldə etməyə digər şəkildə cəhd göstərmək;
- veb saytdan əldə edilmiş hər hansı bir məlumatı AllinUs-ın razılığı olmadan toplamaq, istifadə etmək, surətini çıxarmaq və ya ötürmək;
- Administrasiyanın əvvəlcədən verilmiş icazəsi olmadan veb saytdan istifadə etmək üçün robotlardan, məlumat toplayan və çıxaran proqramlardan və digər avtomatlaşdırılmış proqram və metodlardan istifadə etmək;
- Administrasiyanın rəsmi icazəsi olmadan Şəxsi kabinetini üçüncü şəxsə satmaq, icarəyə vermək və ya digər formada özgəninkiləşdirmək;
- saxta kimlik və ya başqa birinin kimliyindən (şəxsiyyət vəsiqəsi, pasport və digər təsdiqedici sənəd) istifadə edərək Şəxsi kabinetini yaratmaq.
- Əgər Administrasiya müstəsna olaraq öz mülahizəsinə əsasən İstifadəçi/ Şirkət tərəfindən veb saytdan sui-istifadə edilməsi qənaətinə gələrsə, İstifadəçinin/Şirkətin Şəxsi kabinetini məhdudlaşdıra, müvəqqəti olaraq dayandıra və ya ləğv edə bilər.
4. AllinUs User və AllinUs Business Xidmətinin təsviri və istifadə qaydaları
- İstifadəçı bu Qaydaların şərtlərinə uyğun şəkildə qeydiyyatdan keçərək, AllinUs User-dən istifadəyə başlayır.
- İstifadəçi Şirkətlər tərəfindən təşkil olunan sorğularda iştirak edərək, Proqram çərçivəsində aşağıdakı stimullaşdırma növlərindən yararlana bilər:
- Bonus hesabına Coin-ların hesablanması.
- Administrasiya tərəfindən təklif olunan xüsusi şərtlər çərçivəsində daha yüksək əmsalın tətbiqi ilə Coin-ların hesablanması.
- Proqram haqqında məlumatlar Administrasiya tərəfindən veb saytda yerləşdirilir.
- Coin-ların hesablanması aşağıdakı qaydada həyata keçirilir:
- Uğurla yerinə yetirilmiş hər sorğuya görə Administrasiya İstifadəçinin Bonus hesabına Coin-lar hesablayır.
- Yuxarıda göstərilən əməliyyatlar üzrə Administrasiya tərəfindən Coin-ların hesablanmasında istifadə edilən faiz dərəcəsi (bundan sonra “Əmsal”) Administrasiya tərəfindən İstifadəçinin ixtisas, bilik və bacarıqlarına əsasən müstəqil şəkildə müəyyən edilir. Ümumi olaraq, bir 1 Coin = 1 qəpik təşkil edir.
- Administrasiya tərəfindən Coin-ların hesablanmasında istifadə edilən Əmsal İstifadəçiyə qabaqcadan xəbərdarlıq edilmədən dəyişdirilə bilər.
- Hər sorğu üzrə İstifadəçiyə yalnız bir dəfə Coin-lar hesablana bilər. Toplanmış Coin-ların İstifadəçinin Bonus hesabında əks olunması vaxtı fərqlənə bilər.
- Administrasiya bu Şərtlər və Qaydalar ilə nəzərdə tutulan hallarda Coin-ları hesablamamaq və Bonus hesabındakı Coin-ları ləğv etmək hüququna malikdir.
- Şirkət bu Qaydaların şərtlərinə uyğun şəkildə qeydiyyatdan keçir və öz Şəxsi kabineti vasitəsilə, AllinUs Business-dən istifadəyə başlayır.
- AllinUs Business-dən istifadə edərək, Şirkət öz Şəxsi kabineti vasitəsilə sorğuların yaradılmasına başlayır.
- Sorğu yaradandan sonra, həmin sorğunun yerləşdirilməsinə görə ödənilməsi üçün müvafiq məbləğ qeyd olunur. Həmin məbləği ödəmək üçün Şirkət Maliyyə Tərəfdaşının səhifəsinə yönləndirilir, ödənişi həyata keçirir və beləliklə artırılmış məbləğ Şirkətin Şəxsi hesabında əks olunur.
- Sorğuların veb saytda göstərilən və AllinUs-a ödənilməsi üçün nəzərdə tutulan veb sayt vasitəsilə göstərilən Xidmətlərə görə xidmət haqqının limitinin aşılması halında, Şirkət AllinUs ilə fərdi qaydada xidmətlərin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün müraciət edə bilər.
- Sorğularda iştirak və sorğuların təşkil edilməsi könüllü xarakter daşıyır. Yalnız qeydiyyatdan keçmiş İstifadəçi/Şirkət, öz Şəxsi kabinetindən istifadə edərək, təqdim olunmuş sorğularda iştirak etmək, sorğuları yaratmaq, rəy və şərh bildirə, veb saytı qiymətləndirə bilər.
- Veb saytda sorğularda iştirak və ya sorğuları təşkil edərkən, İstifadəçi/Şirkət bütün şərtlərlə tanış olmağı və razılaşmağı öhdəsinə götürür.
- Müvafiq sorğularda iştirak edərək və ya sorğuları təşkil edərək, İstifadəçi/Şirkət razılaşır ki, qeydiyyat zamanı qeyd olunmuş telefon nömrəsinə və e-poçtuna göndərilən ismariclar, habelə veb saytın və digər xidmətlərin keyfiyyətinin qiymətləndirilməsi təklifi göndərilə bilər.
- İstifadəçi/Şirkət sorğulardan keçməklə və ya sorğuları yaratmaqla bütün riskləri anlayır və qəbul edir ki, o cümlədən, daxil etməklə, amma məhdudlaşdırılmadan: spam - mesajların göndərilməsi üçün siyahılara elektron poçt ünvanının düşməsi riski, elektron poçt ünvanının müxtəlif növ dələduzlara düşməsi riski, telefon nömrəsinin SMS-spamerlərə və/və ya SMS-dələduzlara düşməsi riski və informasiyanın belə yerləşdirməsindən irəli gələn başqa risklər mümkündür.
- İstifadəçi tərəfindən veb saytdan hər hansı səbəbdən 90 (doxsan) təqvim günündən çox istifadə edilməməsi, yəni sorğularda iştirak etməməsi, ya hesablanmış Coin-lardan yararlanmaması halında Administrasiya İstifadəçinin Şəxsi kabinetini ləğv etmək və hesablanmış Coin-larını sıfırlamaq hüququna malikdir.
- Veb saytda istifadəsi məhdudlaşdırılmış və ya dayandırılmış İstifadəçinin veb saytın və onun xidmətlərinə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etməsi qadağandır.
5. Coin-lardan istifadə və hesablaşma qaydaları
- Coin-lardan istifadə etmək üçün İstifadəçi Maliyyə Tərəfdaşının veb saytında qeydiyyatdan keçməli və müvafiq hesab (şəxsi kabinet) yaratmalıdır. Həmin hesabda İstifadəçiyə hesablanmış Coin-ların AZN ekvivalenti göstərilə bilər.
- Coin-lar İstifadəçi tərəfindən aşağıda göstərilən üsullarla istifadə edilə bilər:
- İstifadəçinin Maliyyə Tərəfdaşı vasitəsilə müəyyən kommunal xidmətlərinin (qaz, işıq, su və s.) ödənilməsi;
- Maliyyə Tərəfdaşının Şirkətlərinə ödəniş həyata keçirilərkən müəyyən üstünlüklər istifadə edilməsi (endirim və s.). Yuxarıdakı və bu abzasda göstərilən əməliyyatların aparılması məqsədilə İstifadəçi ancaq 500 Coin-dan yuxarı olan hissəsindən istifadə edə bilər;
- Administrasiyanın razılığı ilə Maliyyə Tərəfdaşı vasitəsilə Coin-ların nağdlaşdırılması. Ümumi qaydada İstifadəçi öz Bonus Hesabında olan Coin-ların 10.000-dən çox olan hissəsini nağdlaşdıra bilər. Maliyyə Tərəfdaşı bu əməliyyatlara görə komissiya nəzərdə tuta bilər.
- İstifadəçi/Şirkət pullu xidmətlərə görə ödənilmiş pul vəsaitini aşağıda göstərilən hallarda və qaydada Administrasiyaya rəsmi şəkildə e-poçt vasitəsilə müraciət ünvanlanmaqla geri qaytara bilər:
- Ödəniş günündən 7 (yeddi) iş günü ərzində, o halda ki, İstifadəçi/Şirkət həmin xidmətlərdən yararlanmamış olsun. Bu halda Administrasiya 3 (üç) iş günü ərzində araşdırma aparır və nəticəsində pul vəsaitlərin geri qaytarılmasına dair qərar qəbul edir. Qərar müsbət olduğu halda, Maliyyə Tərəfdaşı pul vəsaitlərin geri qaytarılmasını tam həcmdə həyata keçirir.
- Ödəniş günündən 7 (yeddi) iş günündən sonra, lakin 30 (otuz) təqvim gününədək (İstifadəçinin aylıq abunə haqqları istisna olmaqla), o halda ki, Şirkət həmin xidmətlərdən yararlanmamış olsun. Bu halda Administrasiya 3 (üç) iş günü ərzində araşdırma aparır və nəticəsində pul vəsaitlərin geri qaytarılmasına dair qərar qəbul edir. Qərar müsbət olduğu halda, Maliyyə Tərəfdaşı Administrasiyanın müraciəti əsasında pul vəsaitlərin geri qaytarılmasını 2% (iki faiz) kommissiya tutmaqla həyata keçirir.
- Şirkət pul vəsaitinin qaytarılmasına dair müraciəti 30 (otuz) təqvim günündən sonra edərsə, bu halda İstifadəçinin ödənilmiş pul vəsaiti geri qaytarılmır.
- Yuxarıda göstərilən hallar və qaydalar Şirkət ilə Administrasiya arasında bağlanılan ayrı müqavilələrə şamil olunmur.
- Administrasiya həm müəyyən bir müddət ərzində, həm də Loyallıq Proqramında iştirakının bütün müddəti ərzində İstifadəçiyə hesablana bilən Coin məbləğinin yuxarı həddinə limit qoymaq hüququna malikdir. Belə limitlər və onlardan istifadə qaydası veb saytın müvafiq bölməsində göstərilir. Administrasiya birtərəfli qaydada, İstifadəçini qabaqcadan xəbərdar etmədən mövcud limitləri dəyişdirmək hüququna malikdir. Cari limitlər veb saytın müvafiq bölməsində göstərilir. Toplanmış Coin-ların məbləği müəyyən edilmiş limitə çatarsa, cari dövrdə əlavə Coin-lar hesablanmaya bilər.
- İstifadəçi Coin-ların məbləği barədə məlumatı Şəxsi kabinetindən və ya “Əlaqə” bölməsinə müraciət etməklə əldə edə bilər.
- Coin-ların yanlış hesablanması istifadəsi halında Administrasiya müstəqil şəkildə, İstifadəçiyə qabaqcadan xəbərdarlıq etmədən düzəlişlər etmək hüququna malikdir. Qeyd edilən yoxlamanın aparılması üsulları Operatorun öz mülahizəsi əsasında və onda olan məlumatlar əsasında müəyyənləşdirilir.
- Administrasiya müəyyən növ əməliyyatların həyata keçirilməsi zamanı və ya öz mülahizəsi əsasında digər hallarda Coin-ların hesablanmasına məhdudiyyət qoymaq hüququna malikdir. İstifadəçinin Bonus hesabı bloklandığı təqdirdə, həmin İstifadəçi üçün Şəxsi kabinetinin funksionallığı, o cümlədən sonrakı müddətdə sorğularda iştirak etmək və bonusları toplamaq/istifadə etmək imkanı məhdudlaşdırılmış ola bilər. Məhdudiyyətlər barədə məlumat Administrasiya tərəfindən İstifadəçinin Şəxsi kabinetində yerləşdirilir.
- Coin-lar, Administrasiyanın subyektiv rəyinə görə, Proqram çərçivəsində təqdim edilən imkanlardan onun sui-istifadəsi nəticəsində hesablanmışdırsa, Administrasiya İstifadəçinin Coin-ların hamısını və ya bir hissəsini İstifadəçiyə qabaqcadan xəbərdarlıq etmədən və hər hansı şəkildə əvəz ödəmədən ləğv etmək hüququna malikdir.
6. Şərtlər və Qaydaların qüvvədə olma müddəti və xitamı
- Bu Şərtlər və Qaydalar İstifadəçi tərəfindən Saytın xidmətlərindən istifadəsinin başlanğıcı anından qüvvəyə minir, Saytda İstifadəçinin qeydiyyatı və ya elanın yerləşdirilməsi faktından asılı olmayaraq müddətsiz olaraq qüvvədədir.
- İstifadəçi istənilən vaxt veb saytın xidmətlərindən özünün istifadə hüququnu dayandırmaq hüququna malikdir. İstifadəçinin bu hüququnun dayandırılması edilmiş yazılı müraciət əsasında Administrasiya tərəfindən həyata keçirilir. Bundan sonra İstifadəçi yeni sorğularda iştirak etmək hüququna malik deyildir.
- Servis şəxsi mülahizə üzrə İstifadəçinin girişini dayandırmaq hüququna malikdir. Xidmətlərə girişi dayandırılan və ya məlumatları həqiqi olmayan İstifadəçi Administrasiyanın xüsusi icazəsi olmadan təkrar qeydiyyatdan keçmək hüquqlarına malik deyil, həmçinin belə İstifadəçi Servisə giriş üçün başqa İstifadəçinin qeydiyyat məlumatlarından istifadə etmək hüquqlarına malik deyildir.
- İstifadəçi Administrasiyaya yazılı ərizə ünvanlamaqla Proqramda iştirakdan könüllü şəkildə imtina edə bilər. Bu halda hesablanmış Coin-ların hər hansı şəkildə əvəzi ödənilmədən ləğv edilir.
7. Məsuliyyət
- Tərəflər öz hərəkətlərinə (və ya hərəkətsizliyinə) görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır.
- Administrasiya veb saytının tam fəaliyyətini təmin etmək üçün bütün səyləri göstərir, lakin bu zaman veb saytda proqram-texniki nasazlıqlar və digər oxşar vəziyyətlər səbəbindən hesablanmış Coin-ların toplanmasının və/və ya istifadəsinin mümkün olmamasına görə məsuliyyət daşımır.
- Administrasiya İstifadəçinin https://allinus.az/terms-and-conditions linkində paylaşılmış Şərtlər və Qaydaları pozduğunu aşkar etdiyi halda, Administrasiya İstifadəçinin Bonus hesabına hesablanmış Coin-ları silmək hüququnu özündə saxlayır.
- İstifadəçinin razılığı olmadan Şəxsi kabinetindən istifadə edərək İstifadəçiyə vurulan maddi və mənəvi zərərə görə Administrasiya heç bir məsuliyyət daşımır. İstifadəçinin Şəxsi kabinetindən istifadə edərək üçüncü şəxslərə və ya Administrasiyaya dəymiş zərərə görə İstifadəçi özü məsuliyyət daşıyır.
- İstifadəçi veb saytı çirkli pulların yuyulması məqsədləri, həmçinin hər hansı digər cinayət və qanunla qadağan olunmuş fəaliyyəti üçün istifadə etməyəcək. Əgər İstifadəçi bu tələbəni pozarsa, Administrasiya İstifadəçinin veb saytından istifadəsini daimi olaraq dayandırır, eləcə də müvafiq hüquq-mühafizə orqanlarına məlumat verir.
- İstifadəçi Coin-ların süni (Operatorun subyektiv rəyinə əsasən) şəkildə artırılması üçün Proqram çərçivəsində təqdim edilən imkanlardan sui-istifadə etməməyi, o cümlədən, lakin bununla məhdudlaşmayaraq müxtəlif mobil nömrələrlə bir neçə UİD-i əldə etməməyi və aktivləşdirməməyi öz öhdəsinə götürür. Belə olan hallarda Administrasiya vəziyyətin araşdırılması üçün qabaqcadan xəbərdarlıq etmədən Coin-ların hesablanmasını dayandırmaq hüququna malikdir. Belə araşdırmanın başa çatmasınadək əvvəllər yığılmış Coin-ların istifadəsinə icazə verilmir və müvafiq qeydlər Şəxsi kabinetinə əlavə olunur.
- AllinUs tərəfindən göstərilən xidmətləri istənilən vaxt müvəqqəti dayandırıla və ya daimi olaraq ləğv edilə bilər.
- Administrasiya İstifadəçiyə hesablanmış Coin-ların avtomatik olaraq ləğv edilməsi müddətini müəyyən etmək hüququna malikdir. Ləğvetmə qaydası veb saytın müvafiq bölməsində göstərilir.
- Coin-lardan istifadə edərkən İstifadəçinin məlumatların düzgünlüyünə görə Administrasiya və Maliyyə Tərəfdaşı məsuliyyət daşımır.
- AllinUs üçüncü tərəflərin (o cümlədən Tərəfdaşların) məzmunu və ya məlumatı və ya onun istifadəsi, və ya ona etibar edilməsi nəticəsində yaranan hər hansı bir ziyana görə məsuliyyət daşımır.
- Administrasiya yerləşdirilən hər hansı reklam və ya elanlara və onların məzmunu, başqa resurslara istinadlar və onların təsvirində göstərilmiş başqa informasiya ilə əlaqədar məsuliyyət daşımır.
- Administrasiya veb sayta ötürülə bilən və ya veb sayt vasitəsilə üçüncü şəxslər tərəfindən çatdırıla bilən istənilən proqram nasazlıqları, sınıqlar və başqa texniki və proqram nasazlıqlarına görə, həmçinin səhvlərə, proqram viruslarına, və s. görə məsuliyyət daşımır.
- Fövqəladə hallardan irəli gələn bir əməliyyatın həyata keçirilməsində gecikmə və ya uğursuzluqlar, habelə telekomunikasiya, kompüter, elektrik və digər əlaqəli sistemlərdə yaranan nasazlıqlara, transfer sistemlərinin, bankların, ödəmə sistemlərinin hərəkətləri və işləri ilə əlaqəli gecikmələrə, veb saytın düzgün işləməsi, əgər İstifadəçinin istifadə etmək üçün lazımi texniki vasitələrin olmamasına görə Administrasiya məsuliyyət daşımır.
8. Fors-Major
- AllinUs Müqavilə üzrə öhdəliklərinin tam və ya qismən yerinə yetirilməməsinə görə, əgər belə hallar qarşısıalınmaz qüvvənin təsiri, xüsusilə, müharibələr, blokadalar, təbii fəlakətlər, pandemiya, epidemiya, epizootiya, karantin, yanğınlar, daşqınlar, zəlzələlər, tətillər, kütləvi iğtişaşlar və digər ictimai təlatümlər, o cümlədən, hakimiyyətin Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə təsir göstərə bilən fəaliyyəti nəticəsində baş vermişdirsə, məsuliyyətdən azad olunur.
9. Tətbiq olunan qanunvericilik və Mübahisələrin həll edilmə qaydası
- Bu Şərtlər və Qaydalar (o cümlədən veb saytın materiallarının və xidmətlərinin istifadəsi) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında tərtib olunmuşdur və onun əsasında təfsir edilir.
- Tərəflər arasında hər hansı bir fikir ayrılığı və ya mübahisənin baş verməsi halında, məhkəməyə müraciət etməzdən əvvəl mübahisəni danışıqlar yolu ilə həll etməyi öhdəsinə götürürlər. Mübahisəni danışıqlar yolu ilə həll etmək mümkün deyilsə, Tərəflərdən hər hansı biri, Azərbaycan Respublikasının mövcud qanunvericiliyi ilə onlara verilən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək hüququna malikdir.
10. Tərəflər arasındakı Əlaqə
- Administrasiya İstifadəçilərə onların tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və/və ya qısa xəbərləri (SMS mesajları) göndərmək hüququna malikdir.
- Saytda dərc edilmiş və Sayt/Administrasiya tərəfindən göndərilmiş mesajlar onların dərc edildiyi anından İstifadəçiyə çatdırılmış hesab edilir.
- Administrasiya başqa İstifadəçilər tərəfindən istifadəyə və/və ya Saytda mesajların forma üzrə yerləşdirilmiş avtomatlaşdırılmış sistemlərlə (robotlarla) göndərilməsinə görə məsuliyyət daşımır.
- Administrasiya başqa İstifadəçilər və/və ya robotlar tərəfindən Saytda İstifadəçi tərəfindən yerləşdirilmiş telefon nömrələrindən və elektron ünvanlarından istifadəyə görə məsuliyyət daşımır.
- İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajları göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
- İstifadəçinin Administrasiya və ya Saytın moderatorları ilə yazışması ünvanı Saytda göstərilən elektron poçt qutusunun köməyi ilə həyata keçirilir.
- İstifadəçiyə Saytda moderatorların və Administrasiyanın hərəkətləri haqqında şərhlər, müzakirələr və başqa yazıları qoymaq qadağandır.
- İstifadəçi müvafiq sorğunu göndərib öz telefon nömrəsinə və ya elektron ünvana mesajların alınmasından istənilən vaxt imtina edə bilər.
11. Digər şərtlər
- İstifadəçi/Şirkət təsdiq edir ki, onun fəaliyyət qabiliyyəti var və, o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu Şərtlərlə nəzərdə tutulan sövdələşmələrin yerinə yetirilməsi üçün zəruri olan yaşa çatıb.
- Bu Şərtlər və Qaydalar veb saytın hazırda mövcud olan (faktiki fəaliyyət göstərən) xidmətlərini (xidmətlərini), habelə gələcək dəyişiklikləri və əlavə xidmətləri (xidmətləri) əhatə edəcəkdir.
- Şərtlər və Qaydalarının müddəalarının İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri təşəbbüs etmək hüququndan məhrum etmir.
- Bu Şərtlər və Qaydaların hər hansı bir müddəanın etibarsız və ya məcburi icraya aid olmayan kimi tanınması Şərtlər və Qaydalarının digər müddəalarının etibarsızlıqla nəticələnmir.
- AllinUs Şərtlər və Qaydalar üzrə hüquq və vəzifələrini birtərəfli qaydada üçüncü tərəfə ötürmək hüququna malikdir.
- AllinUs istənilən zaman bu Şərtlər və Qaydalarının mətnində dəyişiklik və/və ya əlavələr etmək hüququna malikdir. Bu cür dəyişiklik nəşr olunduğu andan etibarən hüquqi qüvvəyə minir. Bu Şərtlər və Qaydaların aktual mətni https://allinus.az/terms-and-conditions ünvanında yerləşdirilir. Bu cür dəyişikliklər edildiyi halda, AllinUs İstifadəçiyə dəyişikliklər barədə xəbər verməli və Şərtlər və Qaydalarnın mətni ilə tanış olmaq imkanı verməlidir. İstifadəçi dəyişiklik edilmiş Şərtlər və Qaydalar ilə razı deyilsə, AllinUs-ın Xidmətlərindən istifadəni dayandırmalıdır.
- İstifadəçi bu Müqavilənin dəyişdirilməsinə görə yoxlanılmasına görə şəxsən məsuliyyət daşıyır.
- Hazırkı Şərtlər və Qaydalar ilə nəzərdə tutulmamış bütün başqa şərtlər və şəraitlər, ayrı xüsusi qaydada tənzimlənə bilər.