Şirkətiniz üçün qeydiyyatdan keçərək bir Profil yaradın və izləyicilərə yaratdığınız və yaradacağınız məhsullar barədə məlumat verin. Sosial Media hesablarınızı paylaşa bilərsiniz. <br> Bu ilkin addım sizin şirkəti və şirkət daxilində yaratdığınız/ yaradacağınız məhsulları yerli və xarici bazarda tanınmasına çox böyük dəstək olacaq.
Məhsulu hədəflədiyiniz bazara çıxarmazdan əvvəl, həll yolu tapdığınız Problemlər əsasında sorğular yaradıb bizə həvalə edin. Biz sizin məhsulunuzun sorğularını hədəflədiyiniz kütləyə çatdıracayıq.
Bu ikinci addım sizin yaradacağınız məhsulun bazarda necə tələb olunduğunu əvvəlcədən öyrənə bilməyinizə müəyyən qədər kömək olacaq.
Sorğu daxilində məhsul satışı edə bilərsiniz. İkinci addım ilə məhsulu bazarda kim (Müştəri Profili), necə (Məhsul Xüsusiyyəti) istəyir öyrənə bilirsiniz. Aldığınız data əsasında hədəflənmiş bazara uyğun məhsul hazırlayıb və ya seçib Sorğular keçirərək birbaşa satış edəcəksiniz.
Bu üçüncü addım sizin məhsulun satılmasına yardım edəcək.
Süni Zəka və Maşın Öyrənmə Texnologiyaları vasitəsi ilə istifadəçilərin davranışları nəzarət altında olur və müəyyən qədər real və doğru nəticələr əldə edilir
Müştəriləri Xidmətlərinizdən istifadə etdikdən sonra, Xidmətlərin Keyfiyyətini Ölçmə məqsədli müştərilərə təqdim edilmiş xüsusi QR Code və Linklər vasitəsi ilə xüsusi yaradılmış FeedBack Sorğularına keçid etdirmək mümkündür
Sorğusu keçirilmiş və ya bazar araşdırması bitmiş/ bazara uyğunlaşmış məhsullar üçün Məhsul Satışı aləti ilə sorğu keçirərkən haqqında danışılan məhsulun bir başa satışı real şəkildə həyata keçirilir